İclasda iştirak etdilər (7 nəfər):
Rasim Əlizadə, Kəmalə Mehdiyeva, Şəmsəddin Camiyev, Cavanşir Abbasov, Oktay Omarov, Bəxtiyar İsmayılov, Fikrət Qəhrəmanov.
1. 2-ci Çağırış Parlament seçkilərinin keçirilməsinin elan edilməsi.
2. 2-ci Çağırış Parlament seçkilərinin keçirilməsinin təşkil edilməsi.
ÇIXIŞLAR:
Gündəlikdəki məsələlər üzrə R. Əlizadə, O. Omarov, K. Mehdiyeva, Ş.Camıyev, B. İsmayılov, C. Abbasov, F. Qəhrəmanov çıxış etdilər.
İclasda aşağıdakı QƏRARLAR QƏBUL EDİLDİ:
1. AzXP-nin Nizamnaməsinin 5.12 bəndinə və AzXP-nin 08.11.2025-ci tarixli Qərarına əsasən,
2-ci Çağırış Parlament seçkilərinin tarixi 15.03.2026-ci il Bakı vaxtilə saat 22:00-a təyin edilsin.
2. AzXP-nin 2-ci Çağırış Parlament seçkilərində Seçki kompaniyasının keçirilməsi aşağıdakı qaydalarla təşkil edilsin:
2.1. AzXP-nin 2-ci Çağırış Parlament seçkilərində namizədlərinQeydiyyat müddəti 10.12.2025-ci il Bakı v/ilə saat 00:00-dan 03.03.2026-ci il saat 22:00-adək təyin edilsin.
2.2. AzXP-nin 2-ci çağırış Parlament seçklərində namizədlərinTəbliğat kompaniyasının müddəti 16.12.2025-ci il tarixindən 07.03.2026i il tarixinədək təyin edilsin.
2.3. AzXP-nin 2-ci Çağırış Parlament seçkilərində 08.03.2026-ci il tarixi “Sükut günü” təyin edilsin.
2.4. AzXP-nin 2-ci Çağırış Parlament seçkilərində Səsvermə müddəti 09.03.2026-cı il Bakı v/ilə saat 00:00-dan 15.03.2026-cı il saat 22:00-adək təyin edilsin.
2.5. AzXP SK-nın 06.12.2025-ci il tarixli 52 saylı Protokolu AzXP-nin rəsmi saytında (azxp.org) yerləşdirilsin .
2.5. AzXP SK-nın 06.12.2025-ci il tarixli 52 saylı Protokolu AzXP-nin rəsmi saytında (azxp.org) yerləşdirilsin .
2.6. Sosial setlərtə AzXP-nə 2-ci Çağırış Parlament seçkilərinin başlanması barədə Reklam kompaniyasına start verilsin.
AzXP Seçki Komissiyasının sədri: R. Əlizadə
AzXP Seçki Komissiyasının katibi: K. Mehdiyeva