azflag
Azərbaycan Xalq Parlamenti
Azerbaijan Popular Parliament

Azərbaycan Xalq Parlamentinin Yaradılması. Demokratiya Üçün Yeni Bir Fəcil

Avtoritar idarəçiliyə qarşı çıxmaq və demokratik idarəetməni bərpa etmək məqsədilə Azərbaycan vətəndaşları Azərbaycan Xalq Parlamentinin (AzXP) təsis edildiyini elan etdilər. Bu cəsarətli təşəbbüs demokratik ənənələrin bərpasını, insan hüquqlarının müdafiəsini və sistematik korrupsiyanın aradan qaldırılmasını hədəfləyir. Milli və beynəlxalq səviyyədə diqqət çəkən AzXP, demokratik Azərbaycan uğrunda mübarizəsində qlobal həmrəylik çağırışı edir.

Avtoritarizm Tarixi

Azərbaycan 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazandıqdan sonra dayanıqlı demokratiya qurmaqda çətinliklərlə üzləşib. Şəffaf və ədalətli sistem əvəzinə ölkə saxtalaşdırılmış seçkilər və avtoritar idarəçilik ittihamları ilə üzləşib. Tənqidçilər iddia edirlər ki, Azərbaycan hakimiyyəti ailə mərkəzli rejimə çevrilərək, bütün gücü kiçik bir qrupun əlində cəmləşdirib. AzXP-nin yaradılmasına səbəb olan əsas məqam 2024-cü ildə keçirilən prezident və parlament seçkiləri olub. Hər iki seçki geniş manipulyasiya ittihamları ilə üzləşib, müxalifət səsləri daha da boğulub. Öz təsis bəyannaməsində AzXP bu seçkiləri Azərbaycan Konstitusiyasının 6-cı maddəsinin – hər hansı bir qrupun və ya şəxsin hakimiyyəti ələ keçirməsini qadağan edən maddənin – pozulması kimi qiymətləndirib. Bəyannamədə həmçinin rejimin məhkəmə sistemi, iqtisadiyyat və medianı öz nəzarətinə alaraq vətəndaşları hüquqsuz buraxdığı iddia edilir.

Xalq Parlamentinin Vizyonu

AzXP özünü şəffaflıq, ədalət və məsuliyyət prinsiplərinə əsaslanan demokratik alternativ kimi təqdim edir. Azərbaycanda və xaricdə yaşayan vətəndaşların birgə səyləri nəticəsində yaradılan parlament islahat üçün iddialı bir yol xəritəsi təqdim edir:
1.Siyasi İslahatlar: Parlamentli respublikaya keçid, azad və ədalətli seçkilərin təmin olunması, vəzifədən sui-istifadənin qarşısının alınması.
2. Məhkəmə Müstəqilliyi: İcra hakimiyyətindən azad olan qərəzsiz məhkəmə sisteminin qurulması.
3. İnsan Hüquqları: Siyasi məhbusların azad edilməsi, söz azadlığının qorunması və sistematik ayrı-seçkiliyin aradan qaldırılması.
4. İqtisadi Şəffaflıq: Korrupsiyaya qarşı mübarizə, mənimsənilmiş milli sərvətlərin geri qaytarılması və iqtisadi ədalətin təmin edilməsi.
5. Sosial Ədalət: Yoxsulluğun azaldılması, həssas qrupların müdafiəsi və bərabər imkanların təmin olunması.
AzXP həmçinin 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının irsini dirçəltməyi hədəfləyir. O, müsəlman dünyasında ilk demokratik dövlət olaraq, ümumi seçki hüququ və dini azadlıq kimi irəliləyişləri ilə seçilir. AzXP, prezidentlər üçün müddət məhdudiyyətləri, hakimiyyət qolları arasında balans və dövlət idarəçiliyində ailə monopoliyalarına qadağa kimi konstitusiya islahatları təklif edir.

Qlobal Dəstək Çağırışı

AzXP beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına və ATƏT-ə, həmçinin bütün demokratik dövlətlərə müraciət edərək, Azərbaycan xalqının mübarizəsini tanımağa çağırır. Kürü Diplomatiyası kimi qalmaqalları vurğulayan AzXP, rejimin qlobal platformaları manipulyasiya edərək öz hakimiyyətini leqitimləşdirdiyini iddia edir. AzXP 300-dən çox siyasi məhbusun mövcudluğunu və jurnalistlərin, fəalların və dini azlıqların sistematik təqib olunduğunu diqqətə çatdırır. Parlament onların azad olunması və keçmiş ədalətsizliklər üçün kompensasiya ödənilməsi uğrunda çalışacağını vəd edir.

Formation of the Azerbaijan Popular Parliament: A New Chapter for Democracy

In a significant move to counter decades of authoritarian rule and advocate for democratic governance, Azerbaijani citizens have announced the formation of the Azerbaijan Popular Parliament (APP). This bold initiative aims to restore democratic traditions, promote human rights, and dismantle systemic corruption. Drawing national and international attention, the APP calls for global solidarity in its quest for a democratic Azerbaijan.

A History of Authoritarianism

Since gaining independence from the Soviet Union in 1991, Azerbaijan has faced challenges in establishing a sustainable democracy. Instead of fostering a transparent and participatory system, the nation has been marred by accusations of fraudulent elections and entrenched authoritarianism. Critics argue that Azerbaijan has evolved into a family-dominated regime, with power consolidated among a select few. The tipping point for the PPA’s formation came during the 2024 presidential and parliamentary elections. Both events were criticized for widespread manipulation, further marginalizing opposition voices. In its founding declaration, the APP condemned these elections as a breach of Article 6 of the Azerbaijani Constitution, which prohibits the seizure of power by any group or individual. The declaration also accused the regime of subverting the judiciary, monopolizing the economy, and stifling the media, leaving citizens disillusioned and disenfranchised.

The Vision of the Popular Parliament

The APP positions itself as a democratic alternative to the current regime, rooted in the principles of transparency, justice, and accountability. Established through the collective efforts of Azerbaijani citizens at home and abroad, the APP outlines an ambitious roadmap for reform:
1.Political Reforms: Transitioning to a parliamentary republic, ensuring free and fair elections, and curbing abuses of power.
2. Judicial Independence: Establishing an impartial judiciary free from executive control.
3. Human Rights: Releasing political prisoners, safeguarding freedom of speech, and addressing systemic discrimination.
4. Economic Transparency: Tackling corruption, reclaiming embezzled assets, and fostering economic equity.
5. Social Justice: Implementing policies to reduce poverty, protect vulnerable populations, and ensure equal opportunities for all.
The APP also seeks to rekindle Azerbaijan’s democratic heritage, drawing inspiration from the 1918 Azerbaijani Democratic Republic, the first democratic state in the Muslim world. It aims to enshrine constitutional reforms that promote term limits, balance governmental powers, and prohibit familial monopolies in politics.

A Call for Global Support

The APP has issued an urgent appeal to international organizations, such as the United Nations and the Council of Europe, and democratic nations worldwide, urging them to recognize the Azerbaijani people’s struggle. It highlights scandals like Caviar Diplomacy, where Azerbaijani officials allegedly bribed foreign politicians, as examples of the regime’s manipulation of global platforms. The APP underscores the plight of over 300 political prisoners and systematic repression of journalists and activists, vowing to secure their release and provide reparations for past injustices.

Azərbaycan Xalq Parlamentinin Yaradılması. Demokratiya Üçün Yeni Bir Fəcil

Avtoritar idarəçiliyə qarşı çıxmaq və demokratik idarəetməni bərpa etmək məqsədilə Azərbaycan vətəndaşları Azərbaycan Xalq Parlamentinin (AzXP) təsis edildiyini elan etdilər. Bu cəsarətli təşəbbüs demokratik ənənələrin bərpasını, insan hüquqlarının müdafiəsini və sistematik korrupsiyanın aradan qaldırılmasını hədəfləyir. Milli və beynəlxalq səviyyədə diqqət çəkən AzXP, demokratik Azərbaycan uğrunda mübarizəsində qlobal həmrəylik çağırışı edir.

Avtoritarizm Tarixi

Azərbaycan 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazandıqdan sonra dayanıqlı demokratiya qurmaqda çətinliklərlə üzləşib. Şəffaf və ədalətli sistem əvəzinə ölkə saxtalaşdırılmış seçkilər və avtoritar idarəçilik ittihamları ilə üzləşib. Tənqidçilər iddia edirlər ki, Azərbaycan hakimiyyəti ailə mərkəzli rejimə çevrilərək, bütün gücü kiçik bir qrupun əlində cəmləşdirib. AzXP-nin yaradılmasına səbəb olan əsas məqam 2024-cü ildə keçirilən prezident və parlament seçkiləri olub. Hər iki seçki geniş manipulyasiya ittihamları ilə üzləşib, müxalifət səsləri daha da boğulub. Öz təsis bəyannaməsində AzXP bu seçkiləri Azərbaycan Konstitusiyasının 6-cı maddəsinin – hər hansı bir qrupun və ya şəxsin hakimiyyəti ələ keçirməsini qadağan edən maddənin – pozulması kimi qiymətləndirib. Bəyannamədə həmçinin rejimin məhkəmə sistemi, iqtisadiyyat və medianı öz nəzarətinə alaraq vətəndaşları hüquqsuz buraxdığı iddia edilir.

Xalq Parlamentinin Vizyonu

AzXP özünü şəffaflıq, ədalət və məsuliyyət prinsiplərinə əsaslanan demokratik alternativ kimi təqdim edir. Azərbaycanda və xaricdə yaşayan vətəndaşların birgə səyləri nəticəsində yaradılan parlament islahat üçün iddialı bir yol xəritəsi təqdim edir:
1.Siyasi İslahatlar: Parlamentli respublikaya keçid, azad və ədalətli seçkilərin təmin olunması, vəzifədən sui-istifadənin qarşısının alınması.
2. Məhkəmə Müstəqilliyi: İcra hakimiyyətindən azad olan qərəzsiz məhkəmə sisteminin qurulması.
3. İnsan Hüquqları: Siyasi məhbusların azad edilməsi, söz azadlığının qorunması və sistematik ayrı-seçkiliyin aradan qaldırılması.
4. İqtisadi Şəffaflıq: Korrupsiyaya qarşı mübarizə, mənimsənilmiş milli sərvətlərin geri qaytarılması və iqtisadi ədalətin təmin edilməsi.
5. Sosial Ədalət: Yoxsulluğun azaldılması, həssas qrupların müdafiəsi və bərabər imkanların təmin olunması.
AzXP həmçinin 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının irsini dirçəltməyi hədəfləyir. O, müsəlman dünyasında ilk demokratik dövlət olaraq, ümumi seçki hüququ və dini azadlıq kimi irəliləyişləri ilə seçilir. AzXP, prezidentlər üçün müddət məhdudiyyətləri, hakimiyyət qolları arasında balans və dövlət idarəçiliyində ailə monopoliyalarına qadağa kimi konstitusiya islahatları təklif edir.

Qlobal Dəstək Çağırışı

AzXP beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına və ATƏT-ə, həmçinin bütün demokratik dövlətlərə müraciət edərək, Azərbaycan xalqının mübarizəsini tanımağa çağırır. Kürü Diplomatiyası kimi qalmaqalları vurğulayan AzXP, rejimin qlobal platformaları manipulyasiya edərək öz hakimiyyətini leqitimləşdirdiyini iddia edir. AzXP 300-dən çox siyasi məhbusun mövcudluğunu və jurnalistlərin, fəalların və dini azlıqların sistematik təqib olunduğunu diqqətə çatdırır. Parlament onların azad olunması və keçmiş ədalətsizliklər üçün kompensasiya ödənilməsi uğrunda çalışacağını vəd edir.

Media - Mediyalar

telegrammetaxyoutubeinistagram
[object Object][object Object][object Object][object Object][object Object][object Object]
© AzXP 2025