azflag
Azərbaycan Xalq Parlamenti
Azerbaijan Popular Parliament

Azərbaycan Xalq Parlamentinin

Azərbaycan respublikası Daxili İşlər Nazirliynə müraciət

18.01.2025-ci il tarixdə, İmişli rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində iki məktəbli uşağın vəfat etməsi, eləcə də digər uşaqların yaralanması bizi dərindən kədərləndirib. Bu cür faciələr, ailələrimizdə və cəmiyyətimizdə böyük bir acı yaradıb. Biz, itkilərimizə görə dərin hüzn içindəyik və bütün yaralı uşaqlarımıza tezliklə sağalmalarını arzulayırıq. Əvvəllər buna bənzər hadisələrin müvafiq orqanlar tərəfindən araşdırılmaması, günahkarların cəzasız qalmasını nəzərə alaraq, Azərbaycan Xalq Parlamentinin aşağıdakı tələblərini sizə bildiririk:

1. Baş vermis qəzanın səbəbləri obyektiv və qərəzsiz şəkildə araşdırılsın!

2. Günahkar şəxslər dərhal qanun qarşısında cəzalandırılsın!

3. Araşdırmanın şəffaflığı təmin edilsin, istintaqın gedişi və nəticələri barədə ictimaiyata vaxtlı-vaxtında məlumatlar verilsin.

4. Qəzadan sonra etiraz edən vətəndaşların həbsi dayandırılsın və həbs edilənlər dərhal sərbəst buraxılsın!

5. Qəzada həyatını itirmiş uşaqların ailələrinə heç bir təzyiq göstərilməsin!

6. Polis üçün “cəzasızlıq mühiti” formalaşdırmaqdan çəkinilsin və hamının qanun qarşısında bərabərliyi polis nəfərləri üçün tətbiq edilsin!

Hörmətlə, Azərbaycan Xalq Parlamenti Mətbuat Xidməti

Media - Mediyalar

telegrammetaxyoutubeinistagram
[object Object][object Object][object Object][object Object][object Object][object Object]
© AzXP 2025