azflag
Azərbaycan Xalq Parlamenti
Azerbaijan Popular Parliament

Informasiya: qərarlar bölməsi.

committees
16.02.2025
AzXP komitələri
azxp_resolution
16.02.2025
AzXP hakimiyyət böhranı haqqinda
azxp_protokol_25
10.02.2025
Protokol_25
qatname_01_02_2025
01.02.2025
Gətnamə_01_02_2025
seçki
10.02.2025
AzXP-nə namizədliyinizi necə verə bilərsiz?

AzXP Millət vəkilliyinə namizədin “Bildiriş”anketinin yeni forması:

1.Adı, soyadı, atasının adı.

2.Təvəllüdü

3.⁠Doğulduğu yer.

4.Təhsili.

5.⁠İxtisası, peşəsi.

6.Əmək fəaliyyəti.

7.Vətəndaşlığı.

8. ⁠⁠AzR vətəndaşı olubmu?

9.⁠Ailə vəziyyəti.

11.⁠Yaşadığı ölkə.

12.Yaşadığı region.

13.Fotoşəkil (rəsmi sənəd üçün).

14.⁠⁠Əlaqə telefonu.

15.⁠Tərcümeyi-hal (qısa).

16.Əmək və ictimai fəaliyyəti haqqında 2-3 dəqiqəlik video-çarx.

AzXP Seçki Komissiyası

Azərbaycan Xalq Parlamenti Seçki Komissiyası iclasının 24-saylı

Azərbaycan Xalq Parlamentinə 23.12.2024 – 29.12.2024-cü il tarixlərində keçirilən seçkilərin nəticələri haqqında

Yekun Protokolu

VatsApp üzərindən29.12.2024-cü il
Azərbaycan Respublikasında demokratik dəyərləri və respublikaçılıq prinsiplərini bərpa etmək məqsədilə 18.10.2024-cü il tarixində Azərbaycan Xalq Parlamenti (AzXP) təsis edilib. AzXP-nin birinci çağırışına seçkiləri təşkil etmək və keçirmək üçün AzXP Təsis Konfransında AzXP Seçki Komissiyası seçilib. AzXP Seçki Komissiyası AzXP Nizamnaməsinin 5.5-ci maddəsini əsas götürərək AzXP-yə seçkiləri 23.12.2024 – 29.12.2024-cü il tarixinə təyin edib. AzXP-nin birinci çağırışına seçkilər 23.12.2024-cü il tarixdə, Bakı vaxtı ilə saat 00:00-da start götürüb, 29.12.2024-cü il tarixdə, Bakı vaxtı ilə saat 20:00-da başa çatıb. AzXP-yə seçkilər bu sahədə ixtisaslaşmış “Poll for All” şirkəti tərəfindən təqdim edilən proqram əsasında, elektron formada həyata keçirilib.

I. AzXP-nin birinci çağırış seçkiləri üzrə namizədliyi irəli sürülən şəxslərin sayı haqqında məlumat:

1) AzXP deputatlığına ilkin olaraq öz namizədliyini irəli sürən şəxslərin sayı: 260 (iki yüz altmış);

2) AzXP Nizamnaməsinin 5.3-cü maddəsinə əsasən namizədliyi qeydiyyata alınan şəxlərin sayı: 213 (iki yüz on üç);

3) AzXP Nizamnaməsinin tələblərini pozduğuna görə namizədliyi ləğv edilən şəxslərin sayı: 36 (otus altı);

4) AzXP-yə seçkilərin təbliğat və təşviqat mərhələsində namizədliyini geri götürən şəxslərin sayı: 2 (iki);

5) AzXP seçki bulleteninə vahid siyahı üzrə daxil edilən namizədlərin sayı: 175 (yüz yetmiş beş);

6) Səsvermə prosesi başlandıqdan sonra seçki prosesindən geri çəkildiyini bəyan edən namizədlərin sayı: 2 (iki);

II. AzXP-nin birinci çağırışına seçkilərdə iştirak edən seçicilərin ümumi səs sayı haqqında məlumat:

1) Seçiçilər təqdim olunan ümumi siyahıda minimum 20 namizədə səs verə bilərdi;

2) AzXP Nizamnaməsinin 5.4-cü maddəsinə əsasən seçiçilər təqdim olunan ümumi siyahıda maksimum yarısı qədərinə (87 nəfərə) səs vermək hüququna malik idi;

3) AzXP-yə birinci çağırış üzrə keçirilən seçkilərdə qeydə alınan ümumi səslərin sayı:493141 (dörd yüz doxsan üç min yüz qırx bir);

4) Səsvermə prosesi başlandıqdan sonra seçki prosesindən geri çəkilmiş namizədlərlə əlaqədar nəzərə alınmayan səslərin sayı: 6404 (altı min dörd yüz dörd);

5) AzXP-yə keçirilən seçkilərdə qeydə alınan etibarlı səslərin sayı:486737 (dörd yüz səksən altı min yeddi yüz otuz yeddi);

III. AzXP-nin birinci çağırışına seçkilərdə qeydə alınan namizədlərin topladıqları səslər - 1 saylı Əlavədə.

IV. AzXP-nin birinci çağırışına seçkilərdə ən çox səs toplayan və AzXP-yə deputat seçilən namizədlərin (namizədlərin ümumi siyahısının 50%-i, 87 nəfərin) adları və topladıqları səslər - 2 saylı Əlavədə.

Əlavə:

Azərbaycan Xalq Parlamenti Seçki Komissiyası​29.12.2024-cü il

Sədr: Əlizadə Rasim

Katib: Mehdiyeva Kəmalə

Üzv: Ömərov Oqtay

Üzv: Abbasov Cavanşir

Media - Mediyalar

telegrammetaxyoutubeinistagram
[object Object][object Object][object Object][object Object][object Object][object Object]
© AzXP 2025