azflag
Azərbaycan Xalq Parlamenti
Azerbaijan Popular Parliament

Informasiya: elanlar bölməsi.

Dörd millət vəkili mandatdan məhrum edildi

15 fevral 2025-ci il tarixində Azərbaycan Xalq Parlamentinin (AzXP) İntizam Komissiyası tərəfindən hazırlanan rəyə əsasən, dörd millət vəkili parlamentdən uzaqlaşdırıldı, və bir nəfər isə istefa verərək Azərbaycan Xalq Parlamentini tərk etdi. Qərarda Tural Sadıqlı, Əlövsət Sadıqlı, Marif Ağaməmmədov Rəşad Dadaşovun fəaliyyətləri ilə bağlı ciddi etik pozuntular qeyd edilərək, onların millət vəkili mandatlarından məhrum edilməsi, Könül Əhmədovaya isə töhmət verilməsi haqqında AzXP Rəyasət heyətinə rəy təqdim olundu.

Tural Sadıqlı haqqında rəy

Tural Sadıqlı, AzXP-nin ilk sessiyasının ilk iclasında həmsədrlik edərkən iclasın gedişatını pozmaqla, seçkiləri şübhə altına almaqla və millət vəkillərinə qarşı şər-böhtan xarakterli ifadələr işlətməklə ittiham edildi. Bundan əlavə, o, sosial media platformalarında AzXP və onun üzvlərinə qarşı təhqiredici və hədələyici ifadələr işlətdi. İntizam Komissiyası onun bu hərəkətlərinin AzXP-nin etik qaydalarına və Nizamnaməsinə zidd olduğunu qeyd edərək, onun mandatdan məhrum edilməsini təklif etdi.

Əlövsət Sadıqlı haqqında rəy

Əlövsət Sadıqlı isə ilk iclasda iclasın gedişatını pozmaqla, Nizamnamənin müzakirəsini bilərəkdən uzatmaqla və AzXP Rəyasət Heyətini qaralamaqla ittiham edildi. O, həmçinin AzXP-nin rəsmi WhatsApp qrupunda və televiziya kanallarında parlamentin legitimliyini şübhə altına almaq cəhdləri ilə də seçildi. İntizam Komissiyası onun bu hərəkətlərinin etik qaydalara zidd olduğunu qeyd edərək, mandatdan məhrum edilməsini təklif etdi.

Marif Ağaməmmədov haqqında rəy

Marif Ağaməmmədov, AzXP-nin təsis olunmasında rol oynamış “Azerfreedom TV” kanalını “casus və şər yuvası” adlandıraraq təhqir edib və onun bağlanması üçün çağırışlar etdiyi üçün ittiham edildi. Onun bu hərəkətləri AzXP-nin etik qaydalarına zidd hesab edildi və mandatdan məhrum edilməsi təklif edildi.

Rəşad Dadaşov haqqında rəy

Rəşad Dadaşov, ilk iclasda AzXP-ni “bardaqxana” və “çayxana” adlandıraraq təhqir edib və Tural Sadıqlının seçkiləri şübhə altına almaq cəhdlərinə dəstək verdiyi üçün ittiham edildi. Onun bu hərəkətləri də AzXP-nin etik qaydalarına zidd hesab edildi və mandatdan məhrum edilməsi təklif edildi.

İntizam Komissiyasının rəyi

İntizam Komissiyası rəydə qeyd etdi ki, yuxarıda adları çəkilən millət vəkillərinin hərəkətləri ictimai qaydada baş verdiyi üçün əlavə dəlillərə ehtiyac yoxdur. Komissiya, AzXP Nizamnaməsi və Reqlamenti, həmçinin etik davranış qaydaları əsasında bu rəyi qəbul etdi.

Parlamentdə keçirilən gizli səsvermə nəticəsində Tural Sadıqlı, Əlövsət Sadıqlı, Marif Ağaməmmədov və Rəşad Dadaşovun mandatları ləğv edildi. Könül Əhmədova isə istefa verərək parlamentdən ayrıldı.

Bu qərarla Azərbaycan Xalq Parlamenti öz üzvlərinin davranış standartlarını artırmaq və parlamentin nüfuzunu qorumaq məqsədi daşıyır.

Azərbaycan Xalq Parlamentinin Mətbuat Xidməti

Media - Mediyalar

telegrammetaxyoutubeinistagram
[object Object][object Object][object Object][object Object][object Object][object Object]
© AzXP 2025